Komponentlərdən istifadəçi interfeysləri yarat
React, komponent adlanan ayrı hissələrdən istifadə edərək istifadəçi interfeyslərini qurmağa imkan verir.
, və kimi öz React komponentlərinizi yaradın. Sonra onları bütün ekranlar, səhifələr və tətbiqlərə birləşdirin. .React istifadə etmək eyni hissiyatı verir, baxmayaraq ki, siz tək işləyirsiniz ya da ki, minlərlə başqa developerlərlə . Bu, müstəqil insanlar, komandalar və təşkilatlar tərəfindən yazılmış komponentləri problemlər olmadan birləşdirməyə imkan verən bir dizayndır.
Komponentləri code və markup ilə yazın
React komponentləri JavaScript funksiyalarıdır. Bəzi kontentləri şərti göstərmək istəyirsiniz ? Onda
blokundan istifadə edin. List göstərmək istəyirsiniz ? Onda yoxlayın. React öyrənmək proqramlaşdırma öyrənmək kimidir.Bu markup JSX adlanır. React tərəfindən populyarlaşdırılan JavaScript sintaksis əlavəsidir. Renderləmə məntiqinə yaxın JSX markup qoymaq, React komponentlərini yaratmaq, saxlamaq və silməyi asanlaşdırır.
Hara istəyirsiniz ora interaktivlik əlavə edin
React komponentləri məlumat qəbul edir və ekranda görünməli olanı geri qaytarır. İstifadəçi bir inputa yazı yazdıqda onlara interaktiv cavab olaraq yeni məlumatı ötürə bilərsiniz. Məsələn istifadəçi bir inputa yazı yazdıqda onlara interaktiv cavab olaraq yeni məlumatı ötürə bilərsiniz. Yeni məlumata uyğun olaraq React ekranı yeniləyəcək.
Bütün səhifəni React ilə qurmağa ehtiyac yoxdur. Mövcud HTML səhifənizə React əlavə edin və onunla interaktiv React komponentlərini hər hansı istənilən bir yerə render edin.
Framevörk ilə
full-stack olun
React kitabxanadır. O sizə komponentləri birgə qoymağa icazə verir, ancaq o məlumat əldə edilməsini və səhifələrin necə idarə edilməsini göstərmir. Bütün bir applikasiyanı React ilə yığmaq üçün, biz Next.js yaxud da Remix kimi full-stack React framevörkünü tövsiyyə edirik.
React həmçinin bir arxitekturadır . Framevörklər sizə serverdə yaxud da build zamanı işləyən asinxron komponentlərdə data əldə edilməsinə şərait yaradır. Fayldan və ya verilənlər bazasından məlumatı oxuyun və bunu interaktiv komponentlərinizə ötürün.
Bütün platformalar üçün ən yaxşısını istifadə edin
İnsanlar veb və native applikasiyaları müxtəlif səbəblərə görə sevir. React sizə eyni biliklər ilə veb and native applikasiyaları qurmağa şərait yaradır. Sizin interfeyslərin hər platformada eyni hissiyatı verməsi, artıq hər platformanın öz unikal güclərindən asılı olacaq.
Vebə sadiq qalın
İnsanlar veb applikasiyaların sürətli yüklənməsini istəyir. Serverdə React sizə HTML-i yükləməyə başlayarkən hələ də məlumatı yükləməyə, Javascript kodunun yüklənməsindən əvvəl tam məzmunu doldurmağa imkan verir. Client tərəfdə, render zamanı UI-ın düzgün görünməsi üçün React standart veb API-larını istifadə edir.
React ilə siz eyni zamanda veb və native developer ola bilərsiniz. Sizin komandınız istifadəçi təcrübəsindən asılı olmadan çoxlu platformalara dəstək ola bilər. Sizin təşkilatınız platformalar arasındakı boşluqları aradan qaldıra bilər və bütün xüsusiyyətlərin sahibi olan komandalar yarada bilər.
Yenilik hazır olduğunda yeniləmə edin
React yeniliklərə diqqətlə yanaşır. Hər React commitində bir milyard istifadəçisi olan kritik səthlərdə test olunur. Meta-da 100.000-dən çox React komponenti hər köçürmə strategiyasını təsdiqləməyə kömək edir.
React komandası həmişə React-ı inkişaf etdirmək üçün araşdırmalar aparır. Bəzən araşdırmaların nəticələri almaq üçün illər keçə bilər. React-da bir araşdırma ideyasını reallaşdırmaq üçün yüksək standartlar tətbiq edilir. Ancaq təsdiqlənmiş yanaşmalar React-ın bir hissəsi olur.
Milyonların icmasına qoşul
Sən tək deyilsən. Dünyanın hər yerindən iki milyondan çox proqramçı ayda bir dəfə React sənədlərinə baxır. React insanların və komandaların razılaşa biləcəyi bir texnologiyadır.
Bu səbəbdən React bir kitabxana, arxitektura və hətta bir ekosistəmdən çox daha çoxudur. React bir icmadır. Burada kömək istəyə, imkanlar axtarmağa və yeni dostlarla tanış olmağa imkanınız var. Burada siz developerlər və dizaynerlər, yeni başlayan və təcrübəli ekspertlərlə, araşdırıcılar və sənətkarlar, müəllimlər və tələbələr ilə qarşılaşacaqsınız. Bizim keçmiş təcrübələrimiz fərqli ola bilər, ancaq React bizim hamımıza birgə istifadəçi interfeysləri yaratmağa imkan tanıyır.